May 6, 2021

Türkiyə XİN: Latviya parlamentinin «erməni soyqırımı» ilə bağlı qərarını şiddətlə qınayır və rədd edirik

«Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini «soyqırımı» kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən yazılması üçün göstərilən boş bir cəhddir. Bu uğursuz və qanunsuz qərarı rədd edirik və şiddətlə qınayırıq».

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

«Parlamentlər tarix yazmaq və mühakimə etmək üçün yer deyil», — bəyanatda vurğulanıb.

XİN-dən bildirilib ki, 1915-ci il hadisələri ilə əlaqədar olaraq, beynəlxalq hüquqla müəyyən edilmiş soyqırımı ifadəsi üçün tələb olunan şərtlərin heç biri mövcud deyil: «Bu cəhd həm də BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya”ya, həmçinin 1915 hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edən Avropa İnsan Hüquqları Məhkəməsinin 2013 və 2015-ci il qərarlarına ziddir.

Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə, bu səhv addımdan geri dönməyə və bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc yanaşı yaşamaq praktikasını qurmağa səy göstərməyə dəvət edirik».


Digər xəbərlər


Yaxın gələcəkdə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclası gözlənilir — Ceyhun Bayramov

Yaxın gələcəkdə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi gözlənilir. Kanal8-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bay...

İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved...

Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Helqa Şmid Moskvada görüş zamanı digər məsələlərlə yanaşı, Qarabağla bağlı da m...

Qarabağ münaqişəsi başa çatıb, ona görə diqqəti gələcəyə yönəltmək lazımdır - Ceyhun Bayramov

Qarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir. Kanal8-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun ...

Ceyhun Bayramov Somalinin xarici işlər naziri ilə görüşüb

Bu ilin 18 iyun tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasının ...

Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi Miroslav Yença ilə görüşüb. Kanal8-in məlumatına görə, görüş Ant...

Ərdoğan Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Kanal8-in məlumatına görə, bu barədə Türk...

Ceyhun Bayramov Türkiyəyə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. Xarici İşlər Nazirliyi...