May 7, 2021

ASF qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara müraciət edib

Aqrar Sığorta Fondu (ASF) son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.

Fonddan Kanal8-ə bildirilib ki, son günlər respublikanın bəzi bölgələrində baş verən kəskin temperatur dəyişmələri, qar, dolu, aramsız yağışların yağması əkin sahələrinə və təsərrüfatlara da zərər vurub.

Bəzi ərazilərdə su əkin sahələrini yuyub-aparıb, əkin sahələri və meyvə bağları isə aşağı temperatur şəraiti ilə üzləşiblər.

Belə təbiət hadisələri insanların həyat şəraitinə müvəqqəti çətinliklər yaratmaqla yanaşı, əkin sahələrinə də zərər vurur, fermerləri və təsərrüfatları gözlənilən gəlirlərdən məhrum edir. Nəticədə təsərrüfatların gəlirləri kəskin azalır, hətta bəzi hallarda biznesin tamamilə itirilməsi təhlükəsi yaranır.

Fond bildirir ki, Azərbaycanda ilk dəfə tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi ölkəmizdə fermerlərin əziyyət çəkdiyi və zərərlə üzləşdiyi bütün növ əsas təbiət hadisələrindən qorunmağa imkan verir.

Hazırda qüvvədə olan aqrar sığorta qaydalarına əsasən əkin sahələrini təbii fəlakət, qasırğa, fırtına, dolu, bitki xəstəlikləri, ziyanvericilər və üçüncü şəxslərin hərəkətlərindən və sair risklərdən qorumağa imkan verir.

Fermerlər olduqca aşağı məbləğdə aqrar sığorta haqqı müqabilində əkin sahələrini bu risklərdən sığortalaya bilərlər. Bu halda hesablanan sığorta haqqının 50 %-i dövlət tərəfindən ödənilir.

Aqrar Sığorta Fondu fermerləri və iş adamlarını təbiətin şıltaqlıqları və digər sığorta hadisələrindən qorunmaq üçün əkin sahələrini və kənd təsərrüfatını sığortalamağa çağırır.

Əkin sahələrini sığorta etmək istəyən fermerlər və sahibkarlar Aqrar Sığorta Fonduna (telefon 1651) və aqrar sığorta sistemində iştirak edən sığorta şirkətlərinə müraciət edə bilərlər.


Digər xəbərlər


Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqə...

Toya gələnlərdən COVID pasportu tələb olunacaq

50-dən 150-dək şəxsin iştirak etdiyi toy mərasimlərində iştirakçılardan COVID pasportu tələb olunacaq. Kanal8-in məlumatına görə, bu barədə Na...

Toyda iştirak edəcək qonaqların sayı «icaze.e-gov.az” portalına daxil ediləcək

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan iş...

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində kor...

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə məktub göndərib. Məktubda deyilir: «Hö...

SON DƏQİQƏ! Azərbaycanda İyulun 1-dən toy və nişanlara icazə verilib

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qə...

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb - Sənədlər Baş Prokurorluğa göndərilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət...

Bakıda 13 erməni terrorçunun məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepany...