May 14, 2021

Ərdoğandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şəkildə daxil olduq. Çünki dərd içindəyik, dərdimiz var”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, rəsmi Ankaranın bu məsələ ilə bağlı tamamilə prinsipial mövqeyi var: “Azərbaycanın Dağlıq Qarabağı və işğal olunmuş digər ərazilərini azad etməsi üçün apardığı mübarizəni hansı formada dəstəklədiksə, bu gün də zülmə qarşı eyni duyğu ilə davranırıq. Suriya ilə sərhədlərimizdə qurulmağa təşəbbüs göstərilən terror dəhlizinə icazə vermədiyimiz kimi, bu gün də Əl-Əqsa məscidinə uzanan əllərin qarşısında dururuq”.

R.T.Ərdoğan beynəlxalq ictimaiyyəti Qüdsdə baş verənlərlə bağlı təcili addımlar atmağa çağırıb: “Beynəlxalq ictimaiyyətin bu məsələyə biganə qalmasına təəssüflənirik. Susanlar, İsrailin tökdüyü qanı və ya hörmətsizliyini açıq şəkildə dəstəkləyələr bir gün onların növbəsinin gələcəyini bilməlidirlər. İsrailin Fələstinə, xüsusən də Qüdsə təcavüzünü dərhal dayandırmasaq, sabah hamı bu qəddarlığın hədəfində olacaq. Bütün dünya məhəl qoymasa da, biz İsrailin zülmünə göz yummayacağıq”.


Digər xəbərlər


Yaxın gələcəkdə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclası gözlənilir — Ceyhun Bayramov

Yaxın gələcəkdə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi gözlənilir. Kanal8-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bay...

İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved...

Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Helqa Şmid Moskvada görüş zamanı digər məsələlərlə yanaşı, Qarabağla bağlı da m...

Qarabağ münaqişəsi başa çatıb, ona görə diqqəti gələcəyə yönəltmək lazımdır - Ceyhun Bayramov

Qarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir. Kanal8-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun ...

Ceyhun Bayramov Somalinin xarici işlər naziri ilə görüşüb

Bu ilin 18 iyun tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasının ...

Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi Miroslav Yença ilə görüşüb. Kanal8-in məlumatına görə, görüş Ant...

Ərdoğan Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Kanal8-in məlumatına görə, bu barədə Türk...

Ceyhun Bayramov Türkiyəyə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. Xarici İşlər Nazirliyi...