May 17, 2021

DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verib

Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın sosial şəbəkələrdə paylaşdığı iddialarına münasibət bildirilib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Kanal8-ə açıqlamasında bildirib ki, polis serjantı Nahid Razimlinin atasının iddiaları əsassızdır, həqiqəti əks etdirmir. Atanın övladının hansı əmələ görə cəzlandırılmasından məlumatlı olmasına baxmayaraq, əsassız və qərəzli fikirlər səsləndirməsi anlaşılmır.

Atanın iddialarının bütün təfərrüatları tam və hər hərtərəfli araşdırılıb.

N.Razimlinin xidməti fəaliyyəti yoxlanılan zaman yol verdiyi nöqsanlara görə, ona cari ilin mart ayında «xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq» intizam tənbehi elan edilib. Lakin o, xidmətində heç bir dönüş yaratmayıb və tam fəaliyyətsiz olması ilə bağlı barəsində aparılan xidməti araşdırmalar bunu sübuta yetirib. Bununla əlaqədar ona dəfələrlə iradlar bildirilsədə nəticə çıxarmayıb, əməliyyat-axtarış fəaliyyətində məxfiçilik rejimini pozaraq, ciddi qanun pozuntularına yol verib.

Cari ilin may ayının əvvəlində N.Razimlinin atası Natiq İsmayılov Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən də qəbul edilməklə övladının yol verdiyi nöqsanlar barədə məlumatlandırılıb. Polis rəisi ilə yanaşı, digər rəhbər vəzifəli şəxslə birlikdə qəbul edilən vətəndaşdan pul tələb edilməsi isə tamamilə cəfəngiyyat olmaqla yanaşı, faktsız və sübutsuzdur.


Digər xəbərlər


Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqə...

Toya gələnlərdən COVID pasportu tələb olunacaq

50-dən 150-dək şəxsin iştirak etdiyi toy mərasimlərində iştirakçılardan COVID pasportu tələb olunacaq. Kanal8-in məlumatına görə, bu barədə Na...

Toyda iştirak edəcək qonaqların sayı «icaze.e-gov.az” portalına daxil ediləcək

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan iş...

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində kor...

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə məktub göndərib. Məktubda deyilir: «Hö...

SON DƏQİQƏ! Azərbaycanda İyulun 1-dən toy və nişanlara icazə verilib

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qə...

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb - Sənədlər Baş Prokurorluğa göndərilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət...

Bakıda 13 erməni terrorçunun məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepany...