May 18, 2021

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan Kanal8-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rumıniya Respublikasının Xargita, Danimarka Krallığının Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrika Respublikasının Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Rumıniya Respublikasının Xargita, Danimarka Krallığının Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrika Respublikasının Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Danimarka Krallığından, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Digər xəbərlər


Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqə...

Toya gələnlərdən COVID pasportu tələb olunacaq

50-dən 150-dək şəxsin iştirak etdiyi toy mərasimlərində iştirakçılardan COVID pasportu tələb olunacaq. Kanal8-in məlumatına görə, bu barədə Na...

Toyda iştirak edəcək qonaqların sayı «icaze.e-gov.az” portalına daxil ediləcək

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan iş...

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində kor...

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə məktub göndərib. Məktubda deyilir: «Hö...

SON DƏQİQƏ! Azərbaycanda İyulun 1-dən toy və nişanlara icazə verilib

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qə...

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb - Sənədlər Baş Prokurorluğa göndərilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət...

Bakıda 13 erməni terrorçunun məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepany...