May 18, 2021

Bakı məktəblərində koronavirusla bağlı son durum

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 3 nəfər şagirddə 37 dərəcədən artıq hərarət aşkar olunub və məktəb rəhbərliyi tərəfindən ərazidə yerləşən poliklinikaya bu barədə məlumat verilib.

Bu barədə Kanal8-ə BŞTİ-dən məlumat verilib.

Qeyd olunub ki, təhsil işçilərində yüksək hərarət qeydə alınmayıb:

«Həmin tarixdə əyani dərs prosesində iştirak edən heç bir şəxsdə COVID-19 virusu aşkarlanmayıb. Distant təhsilə keçən sinif və ya məktəb olmayıb. Onu da qeyd edək ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunub. Həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib. Eyni zamanda, məktəblərin həyətyanı ərazilərində sosial məsafənin saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib. Sinif otaqlarında şagirdlər arasında məsafə saxlanılıb, qaydalara uyğun olaraq, bir parta arxasında yalnız bir şagirdin oturması təmin edilib. Bundan başqa, məktəbə daxil olan hər bir şagirdin temperaturu ölçülür».


Digər xəbərlər


Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqə...

Toya gələnlərdən COVID pasportu tələb olunacaq

50-dən 150-dək şəxsin iştirak etdiyi toy mərasimlərində iştirakçılardan COVID pasportu tələb olunacaq. Kanal8-in məlumatına görə, bu barədə Na...

Toyda iştirak edəcək qonaqların sayı «icaze.e-gov.az” portalına daxil ediləcək

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan iş...

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində kor...

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə məktub göndərib. Məktubda deyilir: «Hö...

SON DƏQİQƏ! Azərbaycanda İyulun 1-dən toy və nişanlara icazə verilib

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qə...

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb - Sənədlər Baş Prokurorluğa göndərilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət...

Bakıda 13 erməni terrorçunun məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepany...