İyun 2, 2021

Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA — VİDEO

Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Qaydalara uyğun olaraq, nazirlikdə “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. Dövlət orqanları, publik hüquqi şəxslər və biznes assosiasiyaları 1 iyun 2021-ci il tarixindən etibarən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Maliyyə Nazirliyinin internet səhifəsində yaradılmış “Vergi və gömrük güzəştlərinə dair müraciət” bölməsində elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edirlər.

Büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və qiymətləndirilməsinin nəticələrinə dair arayışın tərtibi gömrük rüsumları üzrə təklif olunan güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində həyata keçirilir.

Maliyyə Nazirliyi avqustun 15-dən gec olmayaraq, güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair məlumatları İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, “Büdcə sistemi haqqında” qanunun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim edir.


Digər xəbərlər


Bu tarixdə bütün sosial yardımlar ödəniləcək

Sentyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dö...

Bu mallar üzərində nəzarət sərtləşdirilir

Məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarət sərtləşdirilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq kom...

Birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı 15 mini ötüb

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərini...

Azərbaycanda şəhid ailələrinə əlavə vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanda 20 Yanvar şəhidlərinin övladlarına əməkhaqqı gəliri ilə bağlı əlavə güzəştlərin verilməsi nəzərdə tutulur. Bu, 2023-cü ildə dövlə...

Sabah pensiyaların ödənişi yekunlaşacaq

Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dövlət Sosial Müdafiə Fondu...

Mərkəzi Bank saxta məlumatlarla bağlı xəbərdarlıq edib

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən “Whatsapp” platforması üzərindən Mərkəzi Banka mürac...

Bakı, Sumqayıt və Abşeronda sentyabr ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bakı və Sumqayıt şəhərləri, Ab...

Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı 14 mini ötüb

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərini...