İyun 16, 2021

Azərbaycan XİN: Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Kanal8 L.Abdullayevaya ünvanlamış sualı və XİN sözçüsünün cavabını təqdim edir:

— Ermənistan XİN-i Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa səfərini şərh edərək, bu səfəri sülh və təhlükəsizliyə təxribat kimi qiymətləndirib və “Türk-Azərbaycan təcavüzü” ifadəsini işlədib. Bu açıqlamaya münasibətinizi öyrənmək istərdik.

— Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil.

Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə əz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.


Digər xəbərlər


Deputatlar bu gün növbədənkənar iclasda 13 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Kanal8-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: “Enerj...

Əli Əsədov Qırğızıstanın XİN başçısı ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb. Kanal8 xəbər verir ki, görüşdə Az...

Bizə dedilər ki, sizin Qarabağda nə işiniz var - Ərdoğan

Bizə dedilər ki, sizin Suriyada, Liviyada, Qarabağda, Şərqi Aralıq dənizində nə işiniz var. Kanal8-in məlumatına görə, bunu Türkiyə prezidenti...

Ceyhun Bayramov Qırğızıstanın XİN rəhbəri ilə görüşü başlayıb

Nazir Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşü başlayıb Kan...

Milli Məclisin Sədrindən mina xəritələri ilə bağlı açıqlama

Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində iyunun 30-da bu ölkənin Milli Assambleyasının Sədri Laszlo Kover ilə g...

İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəs...

Milli Məclis enerji resursları barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layi...

Deputatlar növbədənkənar iclasda 12 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Kanal8-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: “Enerj...