İyun 16, 2021

Heydər Əliyev Fondu Şuşada “Qarabağın mədəni irsi” nəşrini təqdim edib

Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir.

Kanal8 xəbər verir ki, “Xalq sənətkarlığı” nəşrində Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yerlərdən birini tutan, onun həyat və məişət, gündəlik güzaranı ilə bağlı olan xalq sənətlərindən bəhs olunur. Ən qədim dövrlərdən zəmanəmizədək yaşayan bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir. Nəşrdə təqdim edilən materiallar bol xammal ehtiyatı ilə zəngin olan Azərbaycanın ayrılmaz hissəsi — Qarabağda bir çox sənət sahələrinin, o cümlədən ağacişləmə, baramaçılıq, başmaqçılıq, bədii tikmə, boyaqçılıq, culfaçılıq, daşişləmə, dəmirçilik, dəriçilik, dulusçuluq, dülgərlik, həsirçilik, xalçaçılıq və digər sənətlərin geniş yayıldığını, özünəməxsus inkişaf yolu keçdiyini nümayiş etdirir.

Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik və Azərbaycan xalqının mədəni sərvətinin mühüm hissəsini təşkil edən musiqi irsi haqqında foto və məlumatlar “Musiqi” adlı nəşrdə cəmlənib. Təkrarsız maddi və qeyri-maddi mədəniyyət abidələri ilə seçilən Qarabağ Azərbaycan musiqisinin məbədi hesab olunur. XVIII əsrdə yaranmış Qarabağ xanlığı Azərbaycan ədəbiyyatı və incəsənətinin, xüsusilə də musiqi sənətinin inkişafına güclü təkan vermişdir. Toplunun Qarabağın musiqi irsinə aid olan nəşrində XIX-XX əsrlərdə cərəyan edən mürəkkəb mədəni-tarixi proseslərdə, regionun mənəvi mühitinin inkişafında, Şərq-Qərb musiqi dialoqunun formalaşmasında Qarabağ musiqiçilərinin müstəsna rol oynaması faktı ortaya qoyulur. Nəşrdə Qarabağın aşıq mühiti, muğam, bəstəkarlıq və vokal məktəbləri barədə məlumat və fotolar təqdim edilir.

“Ədəbiyyat” nəşrində Qarabağda xalqımızın yaratdığı, qədim və zəngin mədəniyyətin bir qolunu təşkil edən mədəni sərvətlər, söz və sənət nümunələri haqqında məlumatlar diqqətə çatdırılır. Əsrlər boyu Qarabağda Azərbaycan incəsənətinin müxtəlif sahələri: xalq musiqisi, aşıq sənəti, muğamat və ifaçılıq xüsusi inkişaf yolu keçmişdir. Şifahi xalq ədəbiyyatı nümunələrində Qarabağ ərazisindəki yer adları bu torpaqların Azərbaycan möhürüdür. Azərbaycanın yazılı ədəbiyyatında Qarabağ mövzusu geniş yer tutmuşdur. Nəşrdə Qarabağlı şair və yazıçılar barədə məlumatlar və fotolar təqdim edilir.

“Memarlıq” haqqında nəşrdə Azərbaycan ərazisində mövcud olan memarlıq abidələrinin forma, tipoloji və konstruktiv baxımından zənginliyi barədə məlumatlar toplanıb. “Qarabağın mədəni irsi” toplusunun bu bölməsində zamanın tələblərinə uyğun yaradılan memarlıq nümunələri haqqında məlumatlar fotolar və qrafik rəsmlər vasitəsilə diqqətə çatdırılır.

Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan vermişdir. Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. “Xalçaçılıq” nəşrində Qarabağ ərazisində xalçaçılığın yaranma tarixi, xalçaların işlənmə texnikası, Qarabağ xalça qrupunun xarakterik xüsusiyyətləri, bu bölgədə toxunan xalçaların səsi-sorağının bütün dünyadan gəldiyi qeyd olunur.


Digər xəbərlər


Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib

Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adlar verilib. Kanal8-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərən...

Leyla Əliyeva: “Tahir Salahovun qəhrəmanları onun müasirləri, neftçilər, yazıçılar, bəstəkarlardır” — FOTO

Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, S...

Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib

Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib. İctimai Televiziya və Radio Yayımları Şir...

Leyla Əliyevanın kitabı fin dilində nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandi...

Şuşada Vaqif Poeziya Günləri davam edir

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da zəngindir. Kanal8 xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtında bir...

Mehriban Əliyeva ilə bağlı iki film hazırlandı — VİDEO

Azərbaycan Televiziyası Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəal...

Şəkiyə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub

İyulun 7-də Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolu...

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2021-c...