İyun 16, 2021

Xaricdən məhsul sifariş verənlərin nəzərinə: Bağlamaların bəyan edilməsi artıq daha asan olub

2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan “Smart Customs” tətbiqi öz fəaliyyətinə başlayıb. Bu tətbiq vasitəsilə Azərbaycan vətəndaşlarına xaricdən gələn malları onlayn qaydada gömrük rəsmiləşdirilməsindən keçirmək təklif olunur.

“Smart Customs” tətbiqinin istifadəsinin sadələşdirilməsi və xaricdən sifariş etdiyiniz malları rahat əldə edilməsi üçün yeni xidmət yaradılıb. Hazırda onu Bakıda ilk olaraq yerli çatdırılma şirkətlərindən biri tətbiq edir. Artıq gömrük bəyannaməsini istifadəçi deyil, çatdırılma xidməti doldurur.

“Yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq. Beynəlxalq poçt göndərişləri və ya daşınma şirkətləri vasitəsilə xaricdən mal gətirən fiziki şəxslər artıq gömrük orqanına gəlməyəcək, bütün gömrük əməliyyatlarını gömrük əməkdaşı ilə təmasda olmadan həyata keçirə biləcək”,-deyə Dövlət Gömrük Komitəsinin Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev bildirib.

Yeni xidmət artıq “Tezzex” çatdırılma şirkəti tərəfindən uğurla tətbiq edilməkdədir.

İndi hər bir istifadəçi Tezzex.com saytına daxil olaraq məlumatları yalnız bir dəfə daxil etməlidir.

Onlayn alış-veriş edərkən istənilən məhsulun linkini çatdırılma xidmətinin veb saytındakı müəyyən pəncərəyə əlavə etmək kifayətdir. Sistemin özü sifarişi emal edəcək, malları əldə edəcək və şirkət onların gömrük rəsmiləşdirilməsilə bağlı bütün zəruri prosedurları həyata keçirəcək. Öz növbəsində “Tezzex” xidməti malların Azərbaycana, müştərinin istəyinə əsasən isə birbaşa ünvana çatdırılmasını təmin edəcək.

Beləliklə, artıq xaricdən mal sifariş etmək prosesi cəmi bir neçə saniyə çəkir: Linkin kopyalanmasından çatdırılma xidmətinin veb saytında dərc edilməsinədək.

Bu prosesın xeyli sadələşdirilməsi vətəndaşların əlverişli qiymətlərlə mal əldə edə bilməsi üçün həyata keçirilir.


Digər xəbərlər


Bu tarixdə bütün sosial yardımlar ödəniləcək

Sentyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dö...

Bu mallar üzərində nəzarət sərtləşdirilir

Məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarət sərtləşdirilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq kom...

Birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı 15 mini ötüb

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərini...

Azərbaycanda şəhid ailələrinə əlavə vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanda 20 Yanvar şəhidlərinin övladlarına əməkhaqqı gəliri ilə bağlı əlavə güzəştlərin verilməsi nəzərdə tutulur. Bu, 2023-cü ildə dövlə...

Sabah pensiyaların ödənişi yekunlaşacaq

Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dövlət Sosial Müdafiə Fondu...

Mərkəzi Bank saxta məlumatlarla bağlı xəbərdarlıq edib

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən “Whatsapp” platforması üzərindən Mərkəzi Banka mürac...

Bakı, Sumqayıt və Abşeronda sentyabr ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bakı və Sumqayıt şəhərləri, Ab...

Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı 14 mini ötüb

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərini...