İyun 22, 2021

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb – Sənədlər Baş Prokurorluğa göndərilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində keçirdiyi yoxlamalar başa çatıb.

AQTA-dan Kanal8-ə verilən məlumata görə, bu ilin aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.

Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanan 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, aşağıda adları qeyd olunan 5 tibb müəssisəsində isə qida təhlükəsizliyi sahəsində ən az nöqsan aşkarlanıb və nəticələri qənaətbəxş qiymətləndirilib.

Həmin tibb müəssisələrində aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Yoxlamaların nəticələrinə əsasən fəaliyyəti qənaətbəxş qiymətləndirilən tibb müəssisələri:

  1. Beyləqan Rayon Mərkəzi Xəstəxanası;
  2. Tovuz Rayon Mərkəzi Xəstəxanası;
  3. Ağdam Rayon Mərkəzi Xəstəxanası;
  4. Şəki Rayon Mərkəzi Xəstəxanası;
  5. Zaqatala Rayon Mərkəzi Xəstəxanası.

Tibb müəssisələrində aparılan yoxlamalar TƏBİB-in nümayəndələri və tibb müəssisələrinin baş həkimlərinin müşayiəti ilə həyata keçirilib, müfəttişlər tərəfindən yaxa kameraları vasitəsilə videoçəkilişlər aparılıb, aşkar olunan nöqsanlar yerində protokollaşdırılıb, zəruri müayinələrin aparılması üçün ərzaq xammallarından, qida məhsullarından nümunələr götürülüb və sınaqların aparılması məqsədilə müvafiq laboratoriyaya təqdim edilib.

Qeyd edək ki, Agentlik tərəfindən Bakı şəhəri üzrə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində isə iyunun 21-dən etibarən yoxlamalara başlanılıb. Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.


Digər xəbərlər


Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Er...

Tanınmış telejurnalist həkimi məhkəməyə verib

Tanınmış telejurnalist Günel Gözəlova həkimi məhkəməyə verib. Kanal8-in xəbərinə görə, iddia ərizəsində qeyd olunub ki, G. Gözəlovanın həyat y...

Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib (FOTO)

İyulun 21-də Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika mü...

Rusiya Prezidenti İlham Əliyevə təşəkkür edib

“Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır”. Kanal8 xəbər verir ki, bu sözləri Rusiya Federasiyası...

İlham Əliyev: Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik

Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Kanal8 xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyada Vla...

Azərbaycan və Rusiya prezidentlərinin görüşü başlayıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə g...

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. K...

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublik...