İyun 25, 2021

Milli Məclis enerji resursları barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Kanal8-in məlumatına görə, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

Bu qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.

Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Digər xəbərlər


Bəşər Əsəd Putinlə görüşüb

Suriyadakı rejimin başçısı Bəşər Əsəd Rusiyaya səfər edib. Məlumatı “RİA Novosti” yayıb. O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə gör...

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayə...

XİN başçısı: “Təhsilə olan hücumlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır”

Xarici işlər naziri Ceyhun Bayramov 9 sentyabr — Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib. Nazir tviter səhifəsi...

Milli Məclisin komitə iclasları başlayır

Bu gündən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır. Kanal8-in xəbərinə görə, sessiya çərçivəsində ilk olaraq parlamentin El...

"Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq - Ceyhun Bayramov

“Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu...

Bu həftə Milli Məclisin komitə iclasları başlayır

Kanal8 xəbər verir ki, sentyabrın 8-də parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək. Gündəliyə 2 məsələ daxil edilib. Bunlar komit...

Lavrov Ermənistan xarici işlər naziri ilə Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək. Kanal8-in məluma...

Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

16 avqust 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt...