Avqust 2, 2021

Avqustun 9-dan “Əks göstəriş sertifikat”ı veriləcək

Avqust ayının 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.

«Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır» — deyə məlumatda bildirilir.


Digər xəbərlər


Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ə...

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı — 24 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 178 yeni yoluxma faktı qeydə alınıb, 2 322 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabine...

Naxçıvanda müharibə əlillərinə ev tikintisi üçün 1 milyon manat ayrılıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə mühari...

Kamran Əliyev Rusiya və Ermənistanın baş prokurorları ilə görüşüb

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiya tərəfinin ...

Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

Fəxrəddin Hacıbəyli Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin olunub. Mədəniyyət Nazirliyindən Kanal8-ə verilən məlumata görə, bu barədə mə...

Suraxanıda yolların yenidən qurulmasında 6 milyon manat ayrılıb — SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əla...

Balakən və Zaqatalada çaylar daşıb — FHN əraziyə helikopter göndərib

23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə Balakən və Zaqatala rayo...

Xüsusi ehtiyat fondlarının vergiyə cəlb olunması qaydası təsdiqlənib

“Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib. Kanal8-in...