Avqust 5, 2021

Rusiyadan idxal olunan quşçuluq məhsullarında mikrobioloji göstəricilər çox olub — AQTA

Rusiya Federasiyasından ölkəmizə cari ilin mart ayında “Bryanskiy Broyler” MMC quşçuluq məhsullarının istehsalı müəssisəsində istehsal olunan məhsulların (toyuq qiyməsi) idxalı zamanı məhsul partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində mikrobioloji (Salmonella <25g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Kanal8-ə bildirilib ki, bundan sonra həmin müəssisədə istehsal edilən məhsulların ölkəmizə idxalı ciddi nəzarətə götürülüb və sonrakı idxal proseslərində hər bir yük partiyasından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Cari ilin iyun ayında “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq dərisi idxal olunarkən növbəti dəfə təhlükəsizlik parametrlərinə görə uyğunsuzluqlar (Salmonella <25g) aşkar edilib.

Aşkarlanmış uyğunsuzluqlara dair Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə bildiriş göndərilib.

Həmin müəssisənin yenidən əsaslı şəkildə araşdırılaraq sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi, məhsulların yenidən müayinələrə cəlb olunması və nəticələri ilə bağlı Agentliyə məlumat verilməsi bildirilib.


Digər xəbərlər


Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı — 24 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 178 yeni yoluxma faktı qeydə alınıb, 2 322 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabine...

Naxçıvanda müharibə əlillərinə ev tikintisi üçün 1 milyon manat ayrılıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə mühari...

Kamran Əliyev Rusiya və Ermənistanın baş prokurorları ilə görüşüb

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiya tərəfinin ...

Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

Fəxrəddin Hacıbəyli Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin olunub. Mədəniyyət Nazirliyindən Kanal8-ə verilən məlumata görə, bu barədə mə...

Suraxanıda yolların yenidən qurulmasında 6 milyon manat ayrılıb — SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əla...

Balakən və Zaqatalada çaylar daşıb — FHN əraziyə helikopter göndərib

23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə Balakən və Zaqatala rayo...

Xüsusi ehtiyat fondlarının vergiyə cəlb olunması qaydası təsdiqlənib

“Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib. Kanal8-in...

Balakən-Zaqatala zonasındakı çaylarda daşqın olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 23-ü saat 13:00-a olan məlumatına əsasən bəzi dağlıq və ...