Sentyabr 23, 2021

Azərbaycan və Finlandiya XİN başçıları arasında görüş olub

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşüb.

Bu barədə Kanal8-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan və Finlandiya arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğu vurğulanıb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, kənd təsərrüfatı, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair, eləcə də regional təhlükəsizlik məsələləri, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib.

Tərəflər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib. O, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib və üçtərəfli bəyanatın icrasının vacib olduğunu vurğulayıb.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.


Digər xəbərlər


Ərdoğan Türkiyə ilə Azərbaycan arasında yeni qaz sazişini şərh edib

Azərbaycanla əldə olunan sazişlərin hər biri ehtiyat məqsədi daşıyır. Kanal8-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ...

Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının Piyada əleyhinə minaların məhv edilməsi üzrə mil...

Azərbaycan və Gürcüstan Baş prokurorluqları arasında memorandum imzalanıb

Azərbaycan və Gürcüstan prokurorluq qurumları arasında ikitərəfli hüquqi əməkdaşlığın gücləndirilməsi və mövcud əlaqələrin gələcəkdə daha da inte...

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası başlayıb.İclası Belarus Prezidenti Aleksandr Lukaş...

“Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub. Kanal8-in xəbər...

Ombudsman ermənilərin Tərtər qəbiristanlığını atəşə tutmasını ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mül...

Deputatlar bu gün 10 məsələ üçün toplaşır

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclası keçiriləcək. Kanal8-in məlumatına görə, iclasın gendəliyinə 10 məsələ da...

Ceyhun Bayramov Sergey Lavrovla görüşüb

Bu gün Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bay...