Sentyabr 23, 2021

Balakən və Zaqatalada çaylar daşıb — FHN əraziyə helikopter göndərib

23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Bu barədə Kanal8-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər


Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8-...

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8 ...

İlham Əliyev Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8 ...

İlham Əliyev Füzulidə avtomobil yolunun və yeni “ağıllı kənd”in təməllərini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8 ...

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8 ...

IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb

Oktyabrın 16-da Moskvada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumrus...

Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq — SƏRƏNCAM

Prezident İlham Əliyev Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Gulustan.info-nun məlumatına...

Tarif Şurası qazın da qiymətini QALDIRIB

Bu gün 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif Şurasından Kanal8-ə verilən məlumata görə, iclasda təbii ...