Sentyabr 24, 2021

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.

Sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 15 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı.

  1. Azərbaycan xalqının Vətən Müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı.
  2. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanunun layihəsi (ikinci səsvermə)
  3. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.
  4. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
  5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
  6. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
  7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
  8. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
  9. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
  10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
  11. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
  12. “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
  13. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş).
  14. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.


Digər xəbərlər


Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8-...

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8 ...

İlham Əliyev Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8 ...

İlham Əliyev Füzulidə avtomobil yolunun və yeni “ağıllı kənd”in təməllərini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8 ...

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Kanal8 ...

IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb

Oktyabrın 16-da Moskvada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumrus...

Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq — SƏRƏNCAM

Prezident İlham Əliyev Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Gulustan.info-nun məlumatına...

Tarif Şurası qazın da qiymətini QALDIRIB

Bu gün 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif Şurasından Kanal8-ə verilən məlumata görə, iclasda təbii ...