Noyabr 15, 2021

Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olacaq

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti keçiriləcək. Cazsevərləri bir araya toplayacaq konsertdə Avişai Kohen (kontrabas), Elçin Şirinov (piano), Roni Kaspi (baraban) çıxış edəcəklər. İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən müğənni və bəstəkar Avişai Kohen son 20 ildə dünyanın ən yaxşı bas ifaçısı kimi tanınsa da, onun məhz bəstəkar kimi yaratdığı musiqi əsərləri şöhrət qazanıb, böyük auditoriya toplayıb, caz pərəstişkarlarını özünə cəlb edib.

“Avişai Kohen trio” Bakı konsertində yeni “Arvoles” albomundan kompozisiyaları təqdim edəcək. Avişai Kohenlə birlikdə səhnəni Azərbaycandan pianoçu və bəstəkar Elçin Şirinov bölüşəcək. Elçin Şirinov son 3 ildə Avişai Kohenlə sıx əməkdaşlıq edir və onun iştirakı ilə trio dünyada şöhrət qazanıb. Elçin Şrinov fəal şəkildə “Avişai Kohen trio”nun yeni albomunun yaranmasında iştirak edib. Trionun digər iştirakçı isə İsraidə dünyaya gələn, hazırda ABŞ-da yaşayan baraban ifaçısı Roni Kaspidir. Roni Kaspi ABŞ, Meksika, Kanada və digər ölkələrdə çıxış edib.

“Avişai Kohen trio”nun konsertinə biletlər Heydər Əliyev Mərkəzinin kassasında, iTicket.az saytı və kassalarında satılır. Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə mümkündür.


Digər xəbərlər


Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılıb

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun “Min...

“Avişai Kohen trio” Heydər Əliyev Mərkəzində çıxış edib — Fotolar

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olub. Cazsevərləri bir araya toplayan konsertdə Avişai Kohen (kontrabas), ...

XİN: Azərbaycan Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəyə üzv seçilib

XİN: 30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konv...

Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin növbəti iclası Azərbaycanda keçiriləcək

İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qi...

Nizami Gəncəvi Beynəlxalq Forumu fəaliyyətə başlayıb

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin ...

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunan konsert proqramının çəkililşləri gedir (FOTO)

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş konsert proqramının çəkilişləri gedir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvv...

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib

Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adlar verilib. Kanal8-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərən...

Leyla Əliyeva: “Tahir Salahovun qəhrəmanları onun müasirləri, neftçilər, yazıçılar, bəstəkarlardır” — FOTO

Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, S...