Dekabr 2, 2021

Çavuşoğlu həmsədrləri Cənubi Qafqazdakı yeni reallıqları nəzərə almağa çağırıb

“Cənubi Qafqazda davamlı sülh üçün fürsət yaranıb”.

Bunu Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

XİN başçısı ATƏT-in Minsk Qrupu həmsədrləri və daimi üzvlərinin prosesə töhfə verə biləcəklərini qeyd edib.

“Qlobal təhlükəsizlik vəziyyəti 1975-ci ildə Helsinki Yekun Aktının imzalandığı vaxtdan bəri kəskin dəyişib. Qloballaşma nəticəsində təhlükəsizlik də qloballaşıb. Terrorçuluq, mütəşəkkil cinayətkarlıq, ksenofobiya və nizamsız miqrasiya hər yerdə artmaqdadır. Bütün bunların fonunda 50-ci illiyini qeyd edəcəyimiz Helsinki Yekun Aktı hələ də keçərliliyini qoruyur. Amma, ATƏT hələ də 1975-ci ilin əməkdaşlıq ruhundan uzaqdır. Biz aramızdakı etimadsızlıq problemini həll edərək bu əməkdaşlıq ruhunu canlandırmalıyıq. Biz ATƏT regionundakı təhlükəsizlik çağırışlarının effketiv həllinə nail olmalıyıq. Cənubi Qafqazda davamlı sülh üçün fürsət pəncərəsi yaranıb. ATƏT-in Minsk Qrupu həmsədrləri qrupun daimi üzvləri ilə birlikdə yeni reallıqlara əsaslanaraq töhfə verə bilərlər”, — deyə M. Çavuşoğlu vurğulayıb.


Digər xəbərlər


Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assamble...

Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək. TASS xəbər verir ki, bu barədə Kremlin Mət...

Dmitri Peskov: «ABŞ-dan yazılı cavab gözləyirik»

“Rusiya təhlükəsizlik sahəsində konkret olaraq gələcək müxtəlif fəaliyyət ssenarilərini nəzərdən keçirir, ancaq bu, ABŞ-ın variantlarından azdır”...

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub...

Türkiyə ilə Ermənistan ilkin şərtlər olmadan danışıqları davam etdirmək barədə razılıq əldə edib — Türkiyə XİN

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü müsbət və konstruktiv mühitdə keçib. Bu barədə ...

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlə...

Azərbaycan-Ukrayna sənədləri imzalanıb

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volod...

Putin Çinə gedir

Rusiya Prezidenti Vladimir Putin fevralın 4-ü Çinə səfər edəcək. Kanal8 xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ...