Dekabr 2, 2021

XİN: Azərbaycan Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəyə üzv seçilib

XİN: 30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Kanal8-ə verilən məlumata görə, iclas çərçivəsində 30 noyabr 2021-ci il tarixində YUNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib.

Komitə üzvlüyünə Azərbaycan Respublikasının da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan Respublikası 2021-2025-ci illər üzrə YUNESKO-nun İcraiyyə Şurasına da üzv seçilib.

Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın YUNESKO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir.


Digər xəbərlər


Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılıb

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun “Min...

“Avişai Kohen trio” Heydər Əliyev Mərkəzində çıxış edib — Fotolar

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olub. Cazsevərləri bir araya toplayan konsertdə Avişai Kohen (kontrabas), ...

Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin növbəti iclası Azərbaycanda keçiriləcək

İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qi...

Nizami Gəncəvi Beynəlxalq Forumu fəaliyyətə başlayıb

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin ...

Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olacaq

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti keçiriləcək. Cazsevərləri bir araya toplayacaq konsertdə Avişai Kohen (kon...

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunan konsert proqramının çəkililşləri gedir (FOTO)

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş konsert proqramının çəkilişləri gedir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvv...

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib

Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adlar verilib. Kanal8-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərən...

Leyla Əliyeva: “Tahir Salahovun qəhrəmanları onun müasirləri, neftçilər, yazıçılar, bəstəkarlardır” — FOTO

Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, S...