Dekabr 3, 2021

Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Bu barədə Kanal8-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazirlər iki ölkə arasında mövcud olan strateji səviyyəli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd ediblər. Qarşıdan gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu nəzərə alaraq, bu xüsusda müvafiq tədbirlərin təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti ifadə edilib.

Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.Çoxtərəfli platformalarda uğurlu əməkdaşlığın davam etdirilməsindən bəhs edən nazirlər, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyəti qeyd ediblər.

Ceyhun Bayramov ukraynalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, habelə işğalda azad edilmiş ərazilərdə həyata keçirilən yenidən quruculuq işləri ilə bağlı məlumat verib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Digər xəbərlər


Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assamble...

Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək. TASS xəbər verir ki, bu barədə Kremlin Mət...

Dmitri Peskov: «ABŞ-dan yazılı cavab gözləyirik»

“Rusiya təhlükəsizlik sahəsində konkret olaraq gələcək müxtəlif fəaliyyət ssenarilərini nəzərdən keçirir, ancaq bu, ABŞ-ın variantlarından azdır”...

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub...

Türkiyə ilə Ermənistan ilkin şərtlər olmadan danışıqları davam etdirmək barədə razılıq əldə edib — Türkiyə XİN

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü müsbət və konstruktiv mühitdə keçib. Bu barədə ...

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlə...

Azərbaycan-Ukrayna sənədləri imzalanıb

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volod...

Putin Çinə gedir

Rusiya Prezidenti Vladimir Putin fevralın 4-ü Çinə səfər edəcək. Kanal8 xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ...