Dekabr 3, 2021

Azərbaycan XİN başçısı Portuqaliyanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

Dekabrın 2-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Portuqaliya Respublikasının xarici işlər üzrə dövlət naziri Augusto Santos Silva ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Kanal8-ə verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli əlaqələri müzakirə etdilər, xüsusilə iqtisadi sahədə münasibətlərin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd ediblər.

Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə Avropa İttifaqı ilə və BMT çərçivəsində əməkdaşlıq məsələləri vurğulanıb.

Nazir Ceyhun Bayramov enerji sahəsində əməkdaşlığı qeyd edərək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu vurğuladı. O, Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıq perspektivlərinə toxundu. Bu xüsusda, nazir azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunduğunu bildirdi.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan vəziyyət, üctərəfli bəyanatların icra edilməsi və kommunikasiya xətlərinin açılması məsələləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Digər xəbərlər


Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assamble...

Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək. TASS xəbər verir ki, bu barədə Kremlin Mət...

Dmitri Peskov: «ABŞ-dan yazılı cavab gözləyirik»

“Rusiya təhlükəsizlik sahəsində konkret olaraq gələcək müxtəlif fəaliyyət ssenarilərini nəzərdən keçirir, ancaq bu, ABŞ-ın variantlarından azdır”...

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub...

Türkiyə ilə Ermənistan ilkin şərtlər olmadan danışıqları davam etdirmək barədə razılıq əldə edib — Türkiyə XİN

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü müsbət və konstruktiv mühitdə keçib. Bu barədə ...

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlə...

Azərbaycan-Ukrayna sənədləri imzalanıb

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volod...

Putin Çinə gedir

Rusiya Prezidenti Vladimir Putin fevralın 4-ü Çinə səfər edəcək. Kanal8 xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ...