Dekabr 3, 2021

Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb

Bu gün Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb.

Kanal8 xəbər verir ki, memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens ilə görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə, sosial və mədəniyyət, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətindəki layihələri barədə məlumat verib.

Bildirib ki, inklüziv cəmiyyətin qurulmasına töhfə verən Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun xarici ölkələrdə konsert proqramı ilə çıxışları təşkil ediləcək.

Görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların sosial, səhiyyə və digər sahələr üzrə hüquqlarının qorunması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlara qayğı istiqamətindəki fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens Heydər Əliyev Fondu ilə həyata keçirilməkdə olan “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ)” layihəsi, eləcə də ətraf mühit və iqlim dəyişikliyi, yaşıl enerji mənbələri, bərpa olunan enerji sahələrindəki tədbirlər üzrə əməkdaşlığı qeyd edib. Aleks Haykens uşaq hüquqlarının qorunması üzrə “Uşaq Dost Mərkəzləri”nin, eləcə də işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işlərinin müzakirəsi prosesinə uşaqların da cəlb edilməsinin səmərəli olacağını bildirib.

Görüşdə gələcəkdə inklüziv təhsil, əlillərin dəstəklənməsi və reabilitasiyası sahələrində Fondla birgə həyata keçiriləcək layihələr də müzakirə edilib.

Xatırladaq ki, BMT-nın Uşaq Fondu (UNICEF) ilə Heydər Əliyev Fondu arasında ilk Anlaşma Memorandumu 2019-cu ildə imzalanıb.


Digər xəbərlər


«Twitter»in işində qüsurlar yaranıb

«Twitter» sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur. Kanal8-in məlumatına görə, bu barədə populyar internet resurs...

Bill Qeytsdən koronavirusdan daha pis pandemiya barədə xəbərdarlıq

Gələcəkdə dünya koronavirus pandemiyasından daha yüksək ölüm və ya ağır xəstəliyə səbəb olan patogenlə üzləşə bilər. Bu barədə “Microsoft”un q...

AAYDA: Azərbaycanın bəzi yolları buz bağlayıb

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Kanal8-ə verilən məlumata gö...

Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib. Kanal8-in ...

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. Kanal8-in məlumatına görə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübari...

20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə...

ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb

ANAMA Goranboy rayonundakı mina hadisəsi ilə bağlı məlumat yayıb. Agentlikdən Kanal8-ə verilən məlumata görə, 2022-ci il 18 yanvar tarixində G...

Azərbaycan hərbçiləri Türkiyədə təlim kursuna qatılıb

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim kursunda iştirak ediblər. Kanal8-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi...