Dekabr 3, 2021

Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb — Nazir

İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb.

Kanal8 xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı sahələri üzrə geoloji və geofiziki işlər davam etdirilir.

«Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar Türkiyənin “Cengiz Holding” qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanıb. İmzalanan müqavilələrin predmeti də məhz işğaldan azad olunmuş ərazilərimizdə dağ-mədən fəaliyyətinin başlanmasıdır. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir. Bu, eyni zamanda həmin ərazilərdə yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcək», — deyə nazir qeyd edib.


Digər xəbərlər


AAYDA: Azərbaycanın bəzi yolları buz bağlayıb

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Kanal8-ə verilən məlumata gö...

Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib. Kanal8-in ...

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. Kanal8-in məlumatına görə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübari...

20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə...

ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb

ANAMA Goranboy rayonundakı mina hadisəsi ilə bağlı məlumat yayıb. Agentlikdən Kanal8-ə verilən məlumata görə, 2022-ci il 18 yanvar tarixində G...

Azərbaycan hərbçiləri Türkiyədə təlim kursuna qatılıb

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim kursunda iştirak ediblər. Kanal8-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi...

Kreml Putin-Zelenski görüşü ilə bağlı Türkiyənin təklifinə reaksiya verib

“Biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq”. TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vlad...

İldə bir dəfə həm Şuşaya, həm də Ağdama getmək olar — Rəsmi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəf...