Dekabr 3, 2021

Milli Məclisin iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Kanal8-in xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 33 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

2. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

3. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

4. “2022-ci il üçün yaşayış minimumu haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

5. “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

6. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş);

7. İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi (üçüncü oxunuş);

8. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

9. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

10. “Sosial sığorta haqqında”qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

11. “Nağdsız hesablaşmalar haqqında”qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

12. “İcra haqqında”qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

14. “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

15. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

16. Su Məcəlləsinə, Gömrük Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarında dəyişiklik layihəsi (üçüncü oxunuş);

17. “Milli Məclisin deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

19. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

20. “Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

21. “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

22. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsi (üçüncü oxunuş);

23. Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi;

24. Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi;

25. “Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalın təsis edilməsi ilə əlaqədar “Orden və medalların təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);

26. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)”yubiley medalının təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında» qanuna dəyişiklik layihəsi (ikinci oxunuş);

27. “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medalın və “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş);

28. “15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun ləğv edilməsi barədə qanun layihəsi;

29. “Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna dəyişiklik layihəsi, “Azərbaycan Əhalisinin Dövlət Reyestri haqqında” qanunlara dəyişiklik layihəsi, “Konsul Nizamnaməsinə dəyişiklik”, “Vətəndaşlığı haqqında” qanuna dəyişiklik layihəsi”, Ailə Məcəlləsinə, “15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanunlarının ləğv edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

30. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş);

31. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş);

32. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş);

33. “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).


Digər xəbərlər


Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assamble...

Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək. TASS xəbər verir ki, bu barədə Kremlin Mət...

Dmitri Peskov: «ABŞ-dan yazılı cavab gözləyirik»

“Rusiya təhlükəsizlik sahəsində konkret olaraq gələcək müxtəlif fəaliyyət ssenarilərini nəzərdən keçirir, ancaq bu, ABŞ-ın variantlarından azdır”...

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub...

Türkiyə ilə Ermənistan ilkin şərtlər olmadan danışıqları davam etdirmək barədə razılıq əldə edib — Türkiyə XİN

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü müsbət və konstruktiv mühitdə keçib. Bu barədə ...

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlə...

Azərbaycan-Ukrayna sənədləri imzalanıb

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volod...

Putin Çinə gedir

Rusiya Prezidenti Vladimir Putin fevralın 4-ü Çinə səfər edəcək. Kanal8 xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ...