Dekabr 3, 2021

Noyabrda 67 nəfərin diplomu tanınmayıb

Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Kanal8-ə verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 34, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 106, Rusiyadan 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliyadan 6, digər ölkələrdən isə 31 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 21, biznesin idarə edilməsi üzrə 12, menecment üzrə 12, tibb üzrə 11 nəfər müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 19 gün təşkil edib.


Digər xəbərlər


«Twitter»in işində qüsurlar yaranıb

«Twitter» sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur. Kanal8-in məlumatına görə, bu barədə populyar internet resurs...

Bill Qeytsdən koronavirusdan daha pis pandemiya barədə xəbərdarlıq

Gələcəkdə dünya koronavirus pandemiyasından daha yüksək ölüm və ya ağır xəstəliyə səbəb olan patogenlə üzləşə bilər. Bu barədə “Microsoft”un q...

AAYDA: Azərbaycanın bəzi yolları buz bağlayıb

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Kanal8-ə verilən məlumata gö...

Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib. Kanal8-in ...

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. Kanal8-in məlumatına görə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübari...

20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə...

ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb

ANAMA Goranboy rayonundakı mina hadisəsi ilə bağlı məlumat yayıb. Agentlikdən Kanal8-ə verilən məlumata görə, 2022-ci il 18 yanvar tarixində G...

Azərbaycan hərbçiləri Türkiyədə təlim kursuna qatılıb

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim kursunda iştirak ediblər. Kanal8-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi...