Dekabr 4, 2021

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Kanal8-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyət “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna hərəkət edib.

Təlimin ssenarisinə uyğun olaraq verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə keçən heyət atəş mövqelərini tutaraq atıcı silahlardan və qumbaraatanlardan atışlar icra edib.

Təlimin əsas məqsədi şəxsi heyətin atıcı silahlardan istifadəetmə bacarıqlarının və Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.


Digər xəbərlər


«Twitter»in işində qüsurlar yaranıb

«Twitter» sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur. Kanal8-in məlumatına görə, bu barədə populyar internet resurs...

Bill Qeytsdən koronavirusdan daha pis pandemiya barədə xəbərdarlıq

Gələcəkdə dünya koronavirus pandemiyasından daha yüksək ölüm və ya ağır xəstəliyə səbəb olan patogenlə üzləşə bilər. Bu barədə “Microsoft”un q...

AAYDA: Azərbaycanın bəzi yolları buz bağlayıb

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Kanal8-ə verilən məlumata gö...

Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib. Kanal8-in ...

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. Kanal8-in məlumatına görə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübari...

20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə...

ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb

ANAMA Goranboy rayonundakı mina hadisəsi ilə bağlı məlumat yayıb. Agentlikdən Kanal8-ə verilən məlumata görə, 2022-ci il 18 yanvar tarixində G...

Azərbaycan hərbçiləri Türkiyədə təlim kursuna qatılıb

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim kursunda iştirak ediblər. Kanal8-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi...