Dekabr 4, 2021

Sabahın hava proqnozu

Sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz:

Dekabrın 05-06-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacağı gözlənilir.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3-8° isti olacaq.


Digər xəbərlər


AAYDA: Azərbaycanın bəzi yolları buz bağlayıb

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Kanal8-ə verilən məlumata gö...

Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib. Kanal8-in ...

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. Kanal8-in məlumatına görə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübari...

20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə...

ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb

ANAMA Goranboy rayonundakı mina hadisəsi ilə bağlı məlumat yayıb. Agentlikdən Kanal8-ə verilən məlumata görə, 2022-ci il 18 yanvar tarixində G...

Azərbaycan hərbçiləri Türkiyədə təlim kursuna qatılıb

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim kursunda iştirak ediblər. Kanal8-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi...

Kreml Putin-Zelenski görüşü ilə bağlı Türkiyənin təklifinə reaksiya verib

“Biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq”. TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vlad...

İldə bir dəfə həm Şuşaya, həm də Ağdama getmək olar — Rəsmi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəf...