Yanvar 17, 2022

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən Kanal8-ə verilən məlumata görə, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın qiymətlərində müşahidə edilib.

Ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində qeydə alınıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 107,7 faiz təşkil edib. Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Digər xəbərlər


Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə naziri ilk öncə Üm...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər edi...

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıldan sonra Zəngilan rayonuna səfə...

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Sonr...

5 min nəfərə «Müharibə veteranı» adı verilməsi barədə qərar qəbul olunacaq — MN

Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması ...

Finlandiyanın Baş naziri Kiyevdə səfərdədir

Finlandiyanın Baş naziri Sanna Marin Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinə səfər edib. Bu barədə İrpen Şəhər Şurası məlumat yayıb. “İ...

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. K...

İlham Əliyev və Mehriban Əliyeva “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. K...