May 26, 2022

Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə naziri ilk öncə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə cənab Tedros Qebreyesusu təbrik edərək ÜST-nin fəaliyyətinin ölkəmiz tərəfindən daim dəstəkləndiyini bildirib.

Səhiyyə Nazirliyindən Kanal8-ə verilən məlumata görə, nazir pandemiyadan irəli gələn çağırışların, o cümlədən güclü, dayanıqlı səhiyyə sistemlərinin yaradılmasında beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Bu xüsusda, səhiyyə sahəsində ölkədə həyata keçirilən mühüm proseslərdən bəhs edib.

Nazir bildirib ki, Azərbaycan hökuməti ölkə ərazisində yaşayan bütün etnik qrupların, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqlarını təmin etməyə hazırdır. Bunu nəzərə alaraq, Ermənistan nümayəndə heyətinin beynəlxalq səhiyyə platformasının imkanlarından istifadə edərək hazırkı Assambleyada əsassız və təxribat xarakterli iddiaların səsləndirilməsinin qəbuledilməz olduğunu vurğulayıb, əvəzində iki ölkə arasında başlanılmış sülh prosesinə töhfə verməyə çağırıb.


Digər xəbərlər


İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərənca...

Bir qrup hərbi qulluqçuya ali hərbi rütbələr verildi — SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam verib. ...

Erməni hərbçilər qəzaya düşdülər: Ölən və yaralılar var

İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində hərbçiləri daşıyan Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı avtomobillə “Mer...

Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq — SİYAHI

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, sabah, 26 ...

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıblar — SHXÇDX

İyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi X...

Sabah 33 müntəzəm marşrut xətti üzrə avtobuslar alternativ yolla hərəkət edəcək

26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə...

Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Ş...

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb

Dövlət Avtomobil Nəqliyyatı Xidməti təşkilatçılığı ilə bu gün ilk dəfə olaraq Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm avtobus reysi həyata keçiri...