May 27, 2022

Bakı-Quba yolunun təmiri ilin sonuna yekunlaşacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsinin (km 52+000 km 118+000) yenidən qurulması işləri 2022-ci ilin iş planına daxil edilərək icrası davam etdirilir.

AAYDA-dan verilən məlumata görə, aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur.

Daha sonra qazılmış əraziyə yararlı qrunt tökülür və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülür, yeni yol yatağı inşa edilir. Yol yatağı hazır olan ərazilərdə qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılır. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılır. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri davam etdirilir.

Torpaq işləri yekunlaşdıqdan sonra «İnşaat Norma və Qaydaları»na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Qeyd edilən yenidənqurma işləri aparılması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemləri tam olaraq aradan qaldırılacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.

Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.


Digər xəbərlər


İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərənca...

Bir qrup hərbi qulluqçuya ali hərbi rütbələr verildi — SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam verib. ...

Erməni hərbçilər qəzaya düşdülər: Ölən və yaralılar var

İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində hərbçiləri daşıyan Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı avtomobillə “Mer...

Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq — SİYAHI

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, sabah, 26 ...

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıblar — SHXÇDX

İyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi X...

Sabah 33 müntəzəm marşrut xətti üzrə avtobuslar alternativ yolla hərəkət edəcək

26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə...

Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Ş...

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb

Dövlət Avtomobil Nəqliyyatı Xidməti təşkilatçılığı ilə bu gün ilk dəfə olaraq Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm avtobus reysi həyata keçiri...