İyun 30, 2022

Azərbaycan və İran Xudafərin körpüsünü birgə bərpa edə bilər

Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, qonağı salamlayan mədəniyyət naziri biıdirib ki, iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməli qarşılıqlı etimad üzərində qurulub. Həmçinin, mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışıb.

Dəvət üçün nazirə təşəkkürünü bildirən Seyid İzzətulah Zərqami də öz növbəsində ölkələrimiz arasında tarixən mövcud olan və uğurla davam edən möhkəm dostluq münasibətlərində bu gün kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu vurğulayıb.

Tərəflər həmçinin işğaldan azad olunmuş tarixi torpaqlarımızda dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunduğunu bildirərək yüksək qiymətləndiriblər. Mədəniyyət paytaxtımız Şuşanın İslam dünyası üçün kəsb etdiyi yüksək dəyərdən danışıblar. Həmçinin qlobal problemlərdən sayılan islamofobiya ilə mübarizədə birgə əməkdaşlığın önəmi bildirilib.

Eləcə də Qarabağda davam edən yenidənqurma və bərpa işlərində İranın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

Xudafərin körpüsünün birgə bərpası məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə də fikir mübadiləsi aparılıb.

Görüş tərəfləri maraqlandıran bir sıra mövzuların müzakirəsi ilə davam edib.


Digər xəbərlər


Mehriban Əliyeva İsmayıllının Basqal qəsəbəsindən fotolar paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsindən fotolar ...

İlham Əliyev və Mehriban Əliyeva “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tikinti-bərpa işləri ilə tanış olublar

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Mem...

Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən video paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfərdən v...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdən görüntülər paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdən görüntülər p...

İlham Əliyev və Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər ediblər. Dövlətimi...

Mehriban Əliyeva və Leyla Əliyeva Konyada Mövlanə muzeyini ziyarət ediblər (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türki...

İlham Əliyev: Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır

Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil. Bu dəfə V İslam Həmrəyli...

İlham Əliyev və Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam H...