Sentyabr 26, 2022

Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib

Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib.

Bu barədə Kanal8-ə Şuradan məlumata verilib.

Qeyd olunub ki, Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.

İclasda ümumölkə yerüstü televiziya yayımçısı olan “Xəzər TV” MMC-nin “Xəzər TV” redaksiyasının (kanalının) efirində 22.09.2022-ci il tarixdə «Media haqqında» Azərbaycan Respublikasının Qanununun 14.1.12-ci maddəsinin tələbinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir) pozulması faktı müzakirə olunub.

Belə ki, “Xəzər TV” televiziya redaksiyasının “Xəbər ertəsi” proqramında 22 sentyabr 2022-ci il tarixdə saat 09.14 – 09.22 arası Binə qəsəbəsində yaşayan bir ailənin evində baş verməsi iddia olunan paranormal hadisələrlə bağlı süjet yayımlanıb.

Bu xəbərin yayımlanması zamanı redaksiyanın müxbiri aşağıdakı fikirləri səsləndirib: “Qəribə varlıqlar əşyaların yerini dəyişir, evi daşlayır, qabları sındırır, qorxulu səslər çıxarır…biz də 10-15 dəqiqədir ki, artıq evin içindəyik və bir neçə hadisəni görürük. Bizim burada olduğumuz müddətdə qənd, daş və digər cisimlər atıldı. İndicə elə telefonu bura atdılar”.

Daha sonra süjetdə “Mən sizə əzab çəkdirəcəm. Ən sonda ehtiyacım olanı alıb gedəcəm” yazısı olan kağız nümayiş etdirilib ki, müxbir ev yiyəsinin bu yazının hansısa varlıqlar tərəfindən yazıldığını iddia etdiyini deyib.

Bundan başqa süjetdə ezoterik, ekstrasens kimi təqdim edilən Zirəddin Rzayev adlı şəxsin fikirlərinə də yer verilib: “Bu kimi hallar tez-tez baş verir. Tarixdə görünən hallardır. Bəzən paralel aləmdən insanların beyinlərinə təsir edərək, doğmalarına, adamlara xəsarət yetirirlər, paltarlarını kəsirlər…bu cür halların qarşısının alınması insanların dini inanclarına bağlıdır”.

Efirdə bu cür reportajların yayımlanması ilə yanaşı həmin reportajda baş verməsi iddia olunan paranormal hadisəyə redaksiyanın (hazırki halda müxbirin) faktı doğrulayan, təsdiq edən münasibəti, eyni zamanda özünü ekstrasens kimi təqdim edən şəxsin fikirlərinə yer verilməsi yayımçı tərəfindən parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə imkan yaradılması hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü televiziya yayımçısı olan “Xəzər TV” MMC-yə (“Xəzər TV” televiziya redaksiyası) belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.


Digər xəbərlər


Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Şəkiyə səfərindən görüntülər paylaşıb (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Şəkiyə səfərindən görüntülər paylaşıb. Kanal8-in məlumatına görə, payl...

İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib. Kanal8...

Formula 1 üzrə Çin Qran-Prisi ləğv olunub

2023-cü ildə Çində keçirilməsi nəzərdə Formula 1 yarışı ləğv olunub. Buna koronavirusla bağlı çətinliklərin davam etməsi səbəb olub. Bu barədə...

Türkiyədə limanda partlayış olub

Türkiyənin Samsun bölgəsindəki dəniz limanında partlayış baş verib. Kanal8 xəbər verir ki, bu barədə «Haber Global» məlumat yayıb. Partlayı...

Rusiyada MiQ-31 qırıcısı qəzaya DÜŞÜB

Rusiyanın Primorsk şəhərində «MiQ-31» qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə TASS məlumat yayıb. Ölən və yaralananlar barədə hələ məlum...

Bayden Putinlə danışıqlar üçün şərtini açıqlayıb

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün şərtini açıqlayıb. Baydenin sözlərinə görə, Putin Ukraynadakı ...

Şuşada yük maşını aşıb: Ölən var

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “...

SEPAH-ın generalı, keçmiş komandir həbs edilib

İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələrinin evinə hücumu nəti...