Sentyabr 26, 2022

Rusiyada səfərbərliyin elan olunma səbəbləri və mümkün nəticələri

Rusiyanın Ukrayna ərazisində müharibə əməliyyatları keçirməyə başladığı fevral ayından bəri bəyan etdiyi məqsədlər bir-birindən kəskin fərqlənir.

Bu sözləri politoloq Kənan Əliyev bildirərkən əlavə olaraq onu da qeyd edib ki, döyüş meydanında proseslərin Moskvanın gözləntilərinə uyğun olmayan tərzdə inkişaf etdiyindən xəbər verir. Məlum məsələdir ki, əhalidə qorxu hissini yaratmamaq məqsədi ilə Kreml müharibəyə “xüsusi əməliyyat” adı vermiş və döyüşləri mülki əhalini cəlb etmədən, muzdlu hərbi qüvvələrin hesabına aparmağa çalışırdı. Bəs Kremli səfərbərliyə təşviq edən nə oldu?

Əlbəttə ki, ilk səbəb Ukrayna ordusunun sentyabr ayının əvvəllərində həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində əldə etdiyi strateji üstünlüklərdir. Ukrayna ordusunun növbəti hücum hədəfləri isə Rusiya ordusuna məxsus hava müdafiə sistemləridir. Bu addım gələcəkdə həyata keçiriləcək olan hava hücumlarına hədəf alınıb. Rusiya ordusunun itirdiyi sistemləri yeniləri ilə əvəz edə bilmədiyi faktını nəzərə alsaq Rusiya tərəfi üçün vəziyyətin kritik olduğunu anlayarıq.
Digər vacib səbəb Ukraynanın silahlanmasında yeni mərhələnin başlaması ilə bağlıdır. Qərb dövlətlərinin pərakəndə etdiyi silah tədarükü döyüş strategiyasının planlı şəkildə icraatına maneələr yaradırdı. Amerika prezidenti Co Baydenin imzaladığı Lendlizin maliyyələşməsi ilə bağlı qanun Ukraynaya sistemli şəkildə silah tədarükünü təmin edərək müharibənin gedişində əsaslı dönüş yarada bilər. Lendlizin başlaması üçün Amerikada yeni maliyyə ilinin başlanması gərəkir ki, bu da oktyabr ayına təsadüf edir. Hərbi yüklərin ABŞ limanlarından Ukrayna ərazisinə çatdırılmasının bir ay müddətinə başa gələcəyini nəzərə alsaq noyabr ayında Rusiya ordusunun böyük çətinliklərlə üzləşəcəyini ehtimal edə bilərik. Kreml bunu çox gözəl anlayır və noyabr ayına qədər döyüş meydanında üstünlük əldə etməyə calışır.
Moskvanı bu cür ciddi addımlara təşviq edən digər faktor Çin və Hindistan kimi partnyorların narazılığıdır. Çin və Hindistan müharibənin uzun sürməsi ilə bağlı narahatlıqlarını Şanxay Əməkdaşlıq Təşkilatının İclası zamanı şəxsən Rusiya Prezidenti Vladimir Putinə bildirmişdilər. Vladimir Putin isə cavab olaraq müharibənin yaxın zamanda yekunlasması üçün əlindən gələni edəcəyini söz vermişdi. Məsələ burasındadır ki, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatının inkişafına əngəl olaraq çox mühüm təhdidlər yaradır. Qərb bazarları ilə sıx əlaqədə olan Çin və Hindistan iqtisadiyyatı uzun sürən müharibə fonunda böhran vəziyyətinə çatmışdır. Bu isə öz növbəsində dünya iqtisadiyyatının böhranına səbəb ola bilər.
Baş verənlərin ciddiliyini izah etmək üçün onu deyə bilərəm ki, bu tarix boyu Rusiyada keçirilən üçüncü səfərbərlikdir.
İlk iki belə hal Birinci və İkinci Dünya Müharibəsi dönəmində baş tutmuşdu.

Bu siyasi qərar Putinin öz hakimiyyətini qorumaq üçün ata biləcəyi ən son qərarlardan biri idi. Səfərbərlik əhali tərkibində müharibə əleyhinə olan əhavalı ifrata çatdıraraq kütləvi aksiyalara səbəb olacaq. Səfərbərliyin qismən aparıldığı haqqında bəyanat isə həqiqətə uyğun deyil. Bu əhalinin panikaya qapılmaması üçün deyilmiş bəyanatdır. Hamı üçün tam aydın olmalıdır ki, Kreml artıq bütün resurslara əl atmağa hazırdır və səfərbərliyə cəlb olunanların sayı şərti olaraq göstərilən 300 min nəfərdən dəfələrlə çox olacaq.


Digər xəbərlər


Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Şəkiyə səfərindən görüntülər paylaşıb (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Şəkiyə səfərindən görüntülər paylaşıb. Kanal8-in məlumatına görə, payl...

İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib. Kanal8...

Formula 1 üzrə Çin Qran-Prisi ləğv olunub

2023-cü ildə Çində keçirilməsi nəzərdə Formula 1 yarışı ləğv olunub. Buna koronavirusla bağlı çətinliklərin davam etməsi səbəb olub. Bu barədə...

Türkiyədə limanda partlayış olub

Türkiyənin Samsun bölgəsindəki dəniz limanında partlayış baş verib. Kanal8 xəbər verir ki, bu barədə «Haber Global» məlumat yayıb. Partlayı...

Rusiyada MiQ-31 qırıcısı qəzaya DÜŞÜB

Rusiyanın Primorsk şəhərində «MiQ-31» qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə TASS məlumat yayıb. Ölən və yaralananlar barədə hələ məlum...

Bayden Putinlə danışıqlar üçün şərtini açıqlayıb

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün şərtini açıqlayıb. Baydenin sözlərinə görə, Putin Ukraynadakı ...

Şuşada yük maşını aşıb: Ölən var

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “...

SEPAH-ın generalı, keçmiş komandir həbs edilib

İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələrinin evinə hücumu nəti...