Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir.
Bu barədə Kanal8-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər.
Təlim oktyabrın 14-dək davam edəcək.
Digər xəbərlər
Zəngilanda partlayıcı vasitələr tapılıb
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdir...
Beynəlxalq axtarışda olan şəxs Livanda tutularaq Azərbaycana ekstradisiya edilib
Ədliyyə Nazirliyi tərəfindən müxtəlif cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslərin ölkəmizə gətirilm...
Daha 63 laçınlı doğma yurduna yola SALINIB
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Laçına da...
"Kanal 13" internet televiziyasının rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının t...
Bakıda ticarət mərkəzi yanır
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində ya...
"Qaçqınkom"da Sus sakinləri ilə görüş - Qayıdacaqlari tarix müzakirə olunub
Noyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılm...
Sabah üç rayonda qaz olmayacaq
Sabah Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq Bu barədə Kanal8-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azər...
Səhiyyə Nazirliyi qızılca ilə bağlı məlumat yayıb
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ə...