Fevral 6, 2023

Ceyhun Bayramov britaniyalı naziri Laçın yolundakı vəziyyət və Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə telefon danışığı zamanı Laçın yolundakı vəziyyət və Ermənistanın təxribatları barədə məlumat verib.

Bu barədə Kanal8-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə ediblər.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluğunu bildirən nazir Ceyhun Bayramov, rəsmi təmasların və səfərlərin əhəmiyyət daşıdığını qeyd edib. Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib. Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb.

Ermənistanın öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar, sülh sazişi üzrə sonuncu Moskva görüşünü boykot etməsi barədə qarşı tərəf məlumatlandırılıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi normallaşma prosesində maraqlı olduğu vurğulanıb.

Dövlət naziri Leo Dokerti öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, başsağlığı diləklərini çatdırıb. O, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının, danışıqların bərpa olunmasının vacib olduğunu bildirib.

Daha sonra, tərəflər ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Digər xəbərlər


Azərbaycan XİN İrana cavab verib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin martın 31-də İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nas...

Azərbaycan və Çexiya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Çex Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. ...

Slovakiya, Sloveniya və Xorvatiya baş nazirləri Ukraynaya gedib

Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri Eduard Heger, Robert Qolob və Andrey Plenkoviç Ukraynaya gəliblər. Bu barədə “Aktuali...

XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb. Kanal8 xəbər verir ki, bəyanatda d...

Blinken və Kohen İrana qarşı birgə mübarizə tədbirlərini müzakirə ediblər

İsrailin xarici işlər naziri Eli Kohenlə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bunu E.Kohen tviterdə yazıb. O...

Lavrov Türkiyəyə gedir - Qarabağ da müzakirə olunacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək. TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliy...

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Kanal8 xəbər v...

Azərbaycan və Fələstin XİN başçıları görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb. Kanal8 xəbər verir ki, bu barədə ...