İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi.
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.
Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı dedi ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq.
Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.
Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.
Digər xəbərlər
Azərbaycan XİN İrana cavab verib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin martın 31-də İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nas...
Azərbaycan və Çexiya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Çex Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. ...
Slovakiya, Sloveniya və Xorvatiya baş nazirləri Ukraynaya gedib
Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri Eduard Heger, Robert Qolob və Andrey Plenkoviç Ukraynaya gəliblər. Bu barədə “Aktuali...
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb. Kanal8 xəbər verir ki, bəyanatda d...
Blinken və Kohen İrana qarşı birgə mübarizə tədbirlərini müzakirə ediblər
İsrailin xarici işlər naziri Eli Kohenlə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bunu E.Kohen tviterdə yazıb. O...
Lavrov Türkiyəyə gedir - Qarabağ da müzakirə olunacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək. TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliy...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb
Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Kanal8 xəbər v...
Azərbaycan və Fələstin XİN başçıları görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb. Kanal8 xəbər verir ki, bu barədə ...