Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.
Kanal8 xəbər verir ki, bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək.
Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
Digər xəbərlər
Dövlət Xidmətinin rüşvətə görə tutulan vəzifəli şəxslərinin məhkəməsi başlayır
Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslər – Ayxan Səfərov və Dəyanət Ata...
Bakıda bir marşrut xətti üzrə avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR
Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. ...
XİN: "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"
“Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib”. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətb...
Azərbaycan yığmasının İrəvanda yarışda iştirakı hələ təsdiqlənməyib - Federasiya
Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə...
Putin Rusiyanın yeni xarici siyasət konsepsiyasını təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib. TASS xəb...
Roma Papası sabah hospitaldan evə buraxılacaq
Viral bronxitdən müalicə alan Roma Papası Fransisk sabah xəstəxanadan evə buraxılacaq. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat y...
Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Qərbi Azərbaycan İcması 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıb. Kanal8 xəbər verir ki, bəyanatda deyili...
Psixiatr: Bəzən autizm spektr pozuntulu uşaqların konkret fəaliyyətlərdə istedadları olur
“Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Valideynlər körpənin hər inkişaf dövrünə uy...