Fevral 7, 2023

Prezident Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yığıncaq iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Kanal8-in xəbərinə görə, məktubda deyilir:

“Hörmətli yığıncaq iştirakçıları!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm.

1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır.

Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.

Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir.

Eyni zamanda, ölkə iqtisadiyyatının sürətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!

İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər.

Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram”.


Digər xəbərlər


Dövlət Xidmətinin rüşvətə görə tutulan vəzifəli şəxslərinin məhkəməsi başlayır

Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslər – Ayxan Səfərov və Dəyanət Ata...

Bakıda bir marşrut xətti üzrə avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. ...

XİN: "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"

“Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib”. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətb...

Azərbaycan yığmasının İrəvanda yarışda iştirakı hələ təsdiqlənməyib - Federasiya

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə...

Putin Rusiyanın yeni xarici siyasət konsepsiyasını təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib. TASS xəb...

Roma Papası sabah hospitaldan evə buraxılacaq

Viral bronxitdən müalicə alan Roma Papası Fransisk sabah xəstəxanadan evə buraxılacaq. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat y...

Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıb. Kanal8 xəbər verir ki, bəyanatda deyili...

Psixiatr: Bəzən autizm spektr pozuntulu uşaqların konkret fəaliyyətlərdə istedadları olur

“Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Valideynlər körpənin hər inkişaf dövrünə uy...