Azad edilən ərazilərdə işləyən mütəxəssislərə birdəfəlik müavinətin təyinatına başlanıb

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb.
Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, birdəfəlik müavinət elektron sistem üzərindən proaktv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan həyata keçirilir. Birdəfəlik müavinətin təyinatı Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunvericilik aktları ilə həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər üçün nəzərdə tutulan sosial dəstək tədbirlərindən biridir.
Əmək Məcəlləsinə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət verilməsi ilə yanaşı, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub.
Digər xəbərlər
Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb
Azərbaycanın işğaldan azad olunmuş ərazilər üzrə vergi orqanları təsis edilib. Kanal8 bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xi...
Bu bölgələr üzrə pensiyalar ödənilib - RƏSMİ
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib. Bu barədə Kanal8-ə Dövlət Sosial Müdafiə Fondundan ...
"Naxçıvan Sığorta" şirkəti ləğv edilir
Azərbaycanın yeganə regional sığorta şirkəti – “Naxçıvan Sığorta” ASC bazarı tərk etməyə hazırlaşır. Bu barədə Kanal8-ə şirkətdən bildir...
Dollara tələb artır - Manatın məzənnəsi dəyişəcək?
“Valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. Son 3 hərracda 241,1 milyon dollar satılıb. Digər tərəfdən, son 3 hərracd...
Pensiyalar bu tarixdə ödəniləcək
Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu bar...
2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı TƏSDİQ EDİLİB
2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 2024-cü il ...
Azərbaycanda 5 BOKT-un vəzifəli şəxsləri cərimələnib
Azərbaycan Mərkəzi Bankı (AMB) 5 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib. Kanal8 bu barədə AMB-yə istinadən xə...
“Muğanbank”ın əmanətçilərinə 2 gün ərzində 100 mln. manatdan çox kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesin...