Azərbaycan XİN Makrona cavab verib

“Sentyabrın 24-də Fransa prezidenti Emmanuel Makron ölkəsinin TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı növbəti dəfə bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir”.
Kanal8 xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin E.Makronun TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.
XİN rəsmisi söyləyib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənistan məsələsində xritstianlıq faktorunu qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir.
“Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi əməliyyat beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır.
Cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ərazisində mövcud olan erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri zamanı da beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyi Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil, beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş və hətta Azərbaycanın guya mülki əhalini hədəf aldığı iddialarının heç bir həqiqəti əks etdirmədiyi Ermənistan baş naziri tərəfindən bildirilib. Bu xüsusda, Azərbaycanın bu tədbirlərinə qarşı səsləndirilən fikirlərin heç bir əsası yoxdur.
Müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir. Eyni şəkildə, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Fransa tərəfinin saxta niyyətindən xəbər verir.
Azərbaycan öz torpaqlarından erməni silahlı qüvvələrinin ərazilərimizindən çıxarılması və erməni silahlı birləşmələrini tərksilah etməsi ilə yanaşı, erməni sakinlərə yardım göstərilməsi və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası işini həyata keçirir.
Qeyd edilənləri nəzərə alaraq, Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.
Digər xəbərlər
Putin seçkilərdə iştirak edəcəyini açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. TASS xəbər verir ki, Rusiya lideri bu barədə ...
Ərdoğan Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana pislik etdiyini söyləyib”. Dövlət başçısı Yunanıstandan qayıdarkən təyyarədə jur...
NATO saxlanılanlarla bağlı Azərbaycan və Ermənistan arasındakı razılığı alqışlayır
NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Kanal8 xəbər verir ki, bu barədə Alyansın Baş katibinin Cən...
Tokayev Ermənistana səfər edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvana səfər edəcək. “Sputnik Ermənistan” xəbər verir ki, Tokayevlə Ermənistanın Baş naziri Nikol ...
İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Kanal8-in xə...
Milli Məclisin iclası başlayıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Kanal8-in xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən to...
Azərbaycan və Ermənistanın birgə açıqlamasına ABŞ-dən reaksiya
“ABŞ Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır”. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Milleri...
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayıb. ...