Sentyabr 25, 2023

İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimində iştirak edirlər.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Boru kəmərinin Azərbaycan hissəsinin tikintisi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC, Türkiyə hissəsinin tikintisi BOTAŞ şirkəti tərəfindən icra edilir.
Boru kəmərinin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında start verilib. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb, material və avadanlıqlar əraziyə gətirilib, xəttin 98 %-də torpağın münbit qatı götürülüb, 55 %-də xəndəyin qazılması aparılıb, boruların 92 %-i tras boyu düzülüb, qaynaq-quraşdırma işlərinin 82 %-i bitirilib və digər işlər görülüb. Layihə çərçivəsində mühəndis-inşaat nöqteyi-nəzərindən mürəkkəb tədbirlərin, o cümlədən Araz çayının altından üfüqi istiqamətlənmiş qazmanın aparılması nəzərdə tutulub.
İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.


Digər xəbərlər


Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək

Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədr...

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - BİRGƏ MƏLUMAT

Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb. Kanal8-in m...

Gürcüstan DİN: Tbilisidə keçirilən etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb

Tbilisidə Rustaveli prospektində ötən gecə baş verən etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb. “İnterfaks” xəbər verir ki, bu ba...

İstanbulda 14 mərtəbəli binada partlayış olub - Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində Beylikdüzü Adnan Kahveci məhəlləsində 14 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər ...

ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb. “Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ...

İsmayıllı şəhəri belə olacaq — Yeni Baş planı hazırlanır

İsmayıllı şəhərini müasirləşdirmək və dayanıqlı inkişafını sürətləndirmək məqsədilə yeni Baş planı hazırlanır. Bu barədə Dövlət Şəhərsalma və ...

DYP-dən motosiklet və moped sürücülərinə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edib. Kanal8...

Ötən gün saxlanılan jurnalistlərin ittihamı AÇIQLANIB

Dünən saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub. Kanal8 APA-ya istinadənməlumat verir ki, saxlanılanların vəkilləri onların ...