Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.
Bu barədə Kanal8-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.
Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.
2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.
Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub.
Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.
Digər xəbərlər
Azərbaycanda moda həftəsi keçiriləcək
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində 2-3 dekabr tarixlərində Azərbaycan Moda Həftəsi (“Azerbaijan Fashion Wee...
Azərbaycanda ilk dəfə “Mədəni irs” mövzusunda forum keçiriləcək
18-20 dekabrda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək. Mədəniyyə...
Azərbaycan mədəniyyətinə yeni keyfiyyətli iş təqdim olunub
Bu günlərdə Azərbaycan mədəniyyət sahəsinə fərqli iş təqdim olunub. On beş illik səhnə fəaliyyəti ilə məşğul olan bluz, fank, soul və caz janrlar...
Əcəmi Naxçıvaninin 900 illik yubileyi UNESCO -da keçiriləcək
Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına da...
Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib
Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib. Bu barədə Kanal8-ə Gənclər və İdman...
Bəstəkar Mobil Babayev vəfat edib
Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev vəfat edib. Bu barədə Kanal8-ə Mədəniyyət Naziriyindən məlumat verilib. Bildi...
Agentlik: Erməni ifaçı Ələkbər Tağıyevin “Sənə qurban” mahnısını oğurlayıb
“Erməni ifaçı azərbaycanlı bəstəkarın musiqi əsərini oğurlayıb”. Kanal8 xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin Azər...
Uzun Həsənə həsr olunmuş ilk sərgi! - Fotolar
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açı...