Sentyabr 25, 2023

Yol polisinin tətbiq etdiyi cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı yaradıldı – XƏBƏRDARLIQ

Kiberdələduzlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq edilən cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı yaradıb.

Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Saxta portal vasitəsilə vətəndaşlar tərəfindən bank və digər fərdi məlumatlarını daxil edərək, tətbiq olunan cərimənin ödənilməsi nəzərdə tutulur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız dövlət qurumları tərəfindən təqdim edilən rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi tövsiyə edir.


Digər xəbərlər


Naxçıvanda daha bir nazir vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclis...

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək

Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səsə verəcək. Bunu Mərkəzi Seçki Komissiyasının sədr...

MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib. Kanal8-in xəbərinə görə, bu barədə qə...

Bu şəxslər iki min manat CƏRİMƏLƏNƏCƏK

Dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyənlər cərimələnəcək. Bu ...

İlham Əliyev Azərbaycan və Ermənistanın birgə bəyanatından DANIŞIB

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olu...

Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb

Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb. Bu barədə Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı...

Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. Qurum bu gün növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verəcək. ...

TƏBİB-in icraçı direktoru: "Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir"

Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov hazırda Azərbaycanda qızılca ilə bağlı vəziyyətin stabil oldu...