Fevral 21, 2024

Qarabağa getmək istəyənlərin nəzərinə – Mart ayının biletləri satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletlər 23 fevral saat 11:00-da satışa çıxarılacaq.

Bu barədə Kanal8-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləriwww.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 691 reys həyata keçirilib, 28227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.


Digər xəbərlər


Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək

Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədr...

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - BİRGƏ MƏLUMAT

Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb. Kanal8-in m...

Gürcüstan DİN: Tbilisidə keçirilən etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb

Tbilisidə Rustaveli prospektində ötən gecə baş verən etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb. “İnterfaks” xəbər verir ki, bu ba...

İstanbulda 14 mərtəbəli binada partlayış olub - Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində Beylikdüzü Adnan Kahveci məhəlləsində 14 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər ...

ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb. “Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ...

İsmayıllı şəhəri belə olacaq — Yeni Baş planı hazırlanır

İsmayıllı şəhərini müasirləşdirmək və dayanıqlı inkişafını sürətləndirmək məqsədilə yeni Baş planı hazırlanır. Bu barədə Dövlət Şəhərsalma və ...

DYP-dən motosiklet və moped sürücülərinə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edib. Kanal8...

Ötən gün saxlanılan jurnalistlərin ittihamı AÇIQLANIB

Dünən saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub. Kanal8 APA-ya istinadənməlumat verir ki, saxlanılanların vəkilləri onların ...