Qazaxıstan Bakı ilə İrəvan arasında sülhün tezliklə bərqərar olmasında maraqlıdır – Tokayev

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvana səfəri ərəfəsində “Armenpress”ə müsahibəsində deyib.
O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir.
“Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır”, – deyə saytda dərc olunan xəbərdə vurğulanıb.
Xatırladaq ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.
Səfər zamanı onun Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşü nəzərdə tutulub.
Digər xəbərlər
TƏBİB: Toyda zəhərlənmə şübhəsi ilə ümumilikdə 51 nəfər hospitalizasiya olunub
Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, bundan əvvəl 36 n...
Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq
Bakıda və Abşeron yarımadasında aprelin 20-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Kanal8-ə Milli Hidrometeorologiya ...
Yol polisi sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Kanal8 xəbər verir ki, müraciətdə deyilir: “Ölkə ...
Prezidentdən ADSEA-nın tabeliyindəki xidmətlə bağlı FƏRMAN
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək ar...
İşğaldan azad olunmuş ərazilərə idxalda vergi və rüsum azadolmalarına dair hüquqi mexanizm genişləndirilib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi...
Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib
Azərbaycanda nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqında” qanuna edi...
Qubada qaya parçaları yola düşüb
Qubada qaya parçaları yola düşüb. Hadisə Quba-Qonaqkənd yolunun “Təngə dərəsi” adlanan ərazidən keçən hissəsində baş verib. Nə...
Vətəndaşların bank kartlarından daha 21 min manat oğurlanıb
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kanal8 xəbər verir ki, bu barədə DİN-in mətubat xidmətindən bildirilib. Qeyd edilib ...