May 22, 2024

Tanınmış türkoloq Ramiz Əskər vəfat edib

Tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, jurnalist Ramiz Əskər 70 yaşında vəfat edib.

Bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

O, Azərbaycanın “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay”, Türkiyənin “Türk dünyasına xidmət”, Türkmənistanın “Altın əsr” və TürkSOY-un “Özəl ödül” mükafatları laureatıdır. “Baburnamə”nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına layiq görülüb. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalisti olub.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr edib. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilib.

Ramiz Əskər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət”, ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Digər xəbərlər


“Təbiətin nemətləri” İtaliyadan Heydər Əliyev Mərkəzinə gətirilir!

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”) fərdi sərgisi...

Prezident Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Kanal8 xəbər verir ki, məlumat...

Azərbaycan Almaniyada təşkil ediləcək beynəlxalq turizm sərgisinə qatılacaq

Azərbaycan martın 4-6-da Almaniyanın paytaxtında keçiriləcək “ITB Berlin” beynəlxalq turizm sərgisində iştirak edəcək. Kanal8-in məlumatına gö...

Gürcüstan “Basqalı” və "Bu qala, daşlı qala"nın müəlliflik hüquqlarının pozulması ilə bağlı məsələyə aydınlıq gətirib

Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məktub ünvanlayıb. Bu barədə Əqli Mülkiyyət Age...

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib. Bu barədə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Bildirilib ki, o uzun sürən xəstəlikd...

Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat edilib

Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub. Bu barədə şairin yaxınları məlumat veriblər. Bildirilib ki, şairin hazırda xəstəxa...

Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib. Bu barədə “Xəzər” Muzey Mərkəzinin təs...

Azərbaycanın təndir və çörəkbişirmə sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib

Azərbaycanın təndir və çörəkbişirmə sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu barədə qərar UNESCO-nun Paraqvayın As...