İlham Əliyev iki ölkə ilə vacib sənədləri təsdiqləyib

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Sənəd 2024-cü il mayın 7-də Bakı şəhərində imzalanıb.
Həmçinin, dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiqlənib.
Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə fərmanda imzalayıb.
Dövlət başçısının digər fərmanı ilə, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş” təsdiq edilib.
Eyni zamanda, Prezident “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərmanı da imzalayıb.
Qırğız Respublikası ilə sənədlər 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.
Digər xəbərlər
Lavrov Rusiyanın ən yüksək mükafatı ilə təltif olunub
Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova Rusiyanın ən yüksək mükafatı olan Müqəddəs Apostol Endry...
Ərdoğan növbəti seçkilərdə namizəd olacaq?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil. Kanal8 ...
"Kreml bununla razılaşmayıb" - Peskov
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqların Vatikanda keçirilməsi ilə bağlı heç bir razılaşma olmayıb. Bunu Rusiya pre...
İsrail səfiri Azərbaycana təşəkkür edib
İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstək və müdafiəyə görə təşəkkür edib. Bu bar...
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
İsrail dünya üzrə səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndiriləcək. “Times of Israel”-in məlumatına görə, bunu İsrailin ...
Azərbaycan XİN İsrailə başsağlığı verib
“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk...
Azərbaycan səfiri İran XİN müavini ilə ikitərəfli əlaqələri müzakirə edib
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, Xəzər dənizi məsələri üzrə xüsu...
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ord...