İyul 10, 2024

Ceyhun Bayramov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdə Ermənistanın sürətlə silahlanmasına diqqət çəkib

9 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

XİN-dən Kanal8-ə verilən xəbərə görə, görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib.

Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib.

Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar xatırlanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər


Ceyhun Bayramov: Ermənistanla birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir

Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir. Bunu “TRT World” telekanalına müsahibə...

Ərdoğan Trampla NATO sammitindən əvvəl görüşə bilər

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp iyunda Haaqada keçiriləcək NATO sammitindən əvvəl görüşməyi planlaşdırırlar. ...

İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktub göndərib. Kanal8-in məlumatına görə, məktubda deyilir: “...

Rusiya ABŞ-la İran arasında vasitəçilik etməyə hazırdır

Rusiya ABŞ-la İran arasında nüvə sazişi üzrə vasitəçilik etməyə hazırdır. Bunu iranlı həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında Rusi...

İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mə...

Putin İranın ali liderinə məktub göndərib

Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə İslam Respublikasının ali lideri Əli Xameniyə məktub göndə...

İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək. Bu barədə “Azad İran” İranın Ticarət-Sənaye Palatasının sə...

"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilikdən imtina edə bilər" - Rubio

Birləşmiş Ştatlar bir neçə gün ərzində münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında vasitəçilik etmək cəhdindən vaz keçə bilər. Bunu ABŞ ...