COP29-da Orta Dəhlizin “yaşıllaşdırılması” təşəbbüsü təqdim ediləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Orta Dəhlizin “yaşıllaşdırılması” təşəbbüsü irəli sürüləcək.
Bu barədə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən Sinqapurun “Global DTC Pte Ltd” şirkətinin Proqramların inkişafı şöbəsinin rəhbəri Janar Bağaşarova Bakıda “Qara dəniz və Xəzərdə beynəlxalq nəqliyyat dəhlizləri” mövzusunda keçirilən “Qara dəniz-Xəzər Logistika Forumu 2024″də bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs Orta Dəhlizin dayanıqlılığını artırmağa yönəlib: “Əsas diqqət karbon izinin azaldılmasına və karbon emissiyalarının azaldılmasının qiymətləndirilməsinə yönəlib ki, Orta Dəhliz ekoloji cəhətdən təmiz marşrut kimi təqdim edilsin”.
J.Bağaşarova marşrut boyunca yerləşən ölkələrin, xüsusilə Qazaxıstan, Azərbaycan və Gürcüstanın inteqrasiyasının vacibliyini vurğulayıb. Əhəmiyyətli nailiyyətlərdən biri “KTZ Express” ilə birlikdə “Tez Customs” rəqəmsal platformasının tətbiqi olub ki, bu da Qazaxıstanı “boz zonadan” çıxarmağa və Çin sərhədində proseslərin şəffaflığını artırmağa imkan verib.
Qeyd edək ki, 2024-cü ilin may ayında “Global DTC Pte Ltd” şirkəti ilə “KTZ Express” arasında imzalanmış saziş Transxəzər marşrutu vasitəsilə Çindən Avropa İttifaqına yüklərin tranzitini sadələşdirmək üçün rəqəmsal dəhlizin yaradılmasına yönəlib. “Tez Customs” rəqəmsal platforma artıq Mərkəzi Asiya ölkələrinə çatdırılma zamanı yüklərin elektron gömrük rəsmiləşdirilməsi üçün uğurla istifadə olunur.
“Global DTC” – Orta Dəhliz boyunca ticarət axınını artırmağa kömək edən qlobal neytral multimodal rəqəmsal platformadır. O, bir çox ölkədə logistika proseslərinin iştirakçıları arasında vəsaitlərə qənaət etmək və səmərəliliyi artırmaq üçün rəqəmsal texnologiyalardan istifadə edərək sənədləşdirmə prosesini optimallaşdırır.
Xatırladaq ki, 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılan Orta Dəhliz Çindən Avropaya Xəzər dənizi vasitəsilə marşrutları birləşdirir. 2023-cü ildə dəhliz üzrə yük daşımalarının həcmi 2,75 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.
Digər xəbərlər
Hikmət Hacıyev: Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb
Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prez...
İranda daha üç nüvə alimi öldürülüb
İranda İsrail zərbələri zamanı daha üç atom üzrə alimin öldürüldüyü bildirilir. ...
Xocalıda "Son zəng" keçirilib
Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Kanal8 xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar məz...
34 il sonra Şuşada “Son zəng” çalınıb
Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə “Son zəng” çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb. Kanal8...
Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır
Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administra...
Bu avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaca...
Rusiyanın Xalq artisti təxliyə işlərində göstərilən yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib
Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilən Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ed...
İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub
İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. B...